"Barselona"dan "Milan"a
"Barselona"nın polşalı hücumçusu Robert Levandovski yanvar ayında komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Milan" 37 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir.