“Barselona”dan Oyarzabal həmləsi

"Barselona"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Real Sosyedad"ın ispaniyalı hücumçusu Mikel Oyarzabal Kataloniya klubunun transfer siyahısında yer alıb.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, Oyarzabalın dəyəri 20 milyon avrodur.