"Barselona"dan "Xetafe"yə

"Xetafe" "Barselona"dan icarəyə götürdüyü Mark Kukurelyanın transfer hüququna yiyələnib.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisi bu keçid üçün 10 milyon avro təzminat ödəyib. İspan yarımmüdafiəçinin növbəti satışınından katalonlara 10 faiz pay düşəcək.

21 yaşlı futbolçu bu mövsüm 39 oyunda 1 qol vurub, 6 assist edib.