“Barselona”dan yeni həmlə
"Napoli" klubunda çıxış edən Rasmus Heylunn karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Barselona" klubunun futbolçunun xidmətində maraqlı olduğu irəli sürülür.
Məlumata görə, hücumçunun “Napolid”dəki uğurlu oyunu “Barselona” rəhbərliyinin diqqətini çəkib.
Qeyd edək ki, Rasmus Heylunn müqavilə ilə "Mançester Yunayted" klubuna məxsusdur.
Futbolçu bu mövsüm “Napoli”nin heyətdinə 37 oyunda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.