"Barselona"da yenidən maaş qalmaqalı

"Barselona" futbol klubu koronavirus pandemiyasının səbəb olduğu ağır maliyyə vəziyyəti ilə əlaqədar yenidən oyunçulara maaşların ixtisarı ilə razılaşmağı təklif edib.

Sportline.az xəbər verir ki, bu barədə “Marca” bildirib.

İspaniya nəşrinin məlumatına görə, Katalon klubunun rəhbərliyi oyunçulara mayın son həftəsi üçün maaşlarının 70%-ini, iyunun iki həftəsinin maaşlarını isə 50% azaltmaq təklifini irəli sürüb. Lakin oyunçular klubun təkliflərindən imtina edirlər.

Daha əvvəl "Barselona" prezidenti Xosep Mariya Bartomeu klubun bir neçə ay əvvəl təsdiqlənmiş büdcəsinin 1,047 milyard avroya çata bilməməsi ilə əlaqədar oyunçulara maaşların azaldılması ilə razılaşmağı təklif edib.

Katalon klubunun futbolçularının maaşlarının 61%-i ümumi büdcədən təşkil edilir.

"Barselona" 27 turda 58 xal yığaraq, Madrid "Real"ını 2 xal qabaqlamaqla İspaniya çempionatının lideridir.