“Barselona”nın sabiq futbolçusu “Çelsi”nin maraq dairəsindədir

"Barselona"nın sabiq futbolçusu Viktor Roke karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" 20 yaşlı forvardı transfer etməyi planlaşdırır.

"Palmeyras" Roke üçün ən azı 35 milyon avro tələb edir.

Qeyd edək ki, brazilyalı oyunçu cari mövsüm meydana çıxdığı 45 matçda 16 qol, 4 məhsuldar ötürmə müəllifi olub.