"Barselona"nın sabiq oyunçusu rekorda imza atıb

Bu gün Liqa Kubokunda "İnter Mayami" ilə "Torotno" qarşılaşıb. Görüş 4-3 hesabı ilə Mayami təmsilçisinin xeyrinə yekunlaşıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, qalib komandanın heyətində 4 məhsuldar ötürmənin də müəllifi Jordi Alba olub. O, Liqa Kubokunun yeni rekordunu müəyyənləşdirib.

Bu həm də Albanın bir oyunda asist sayına görə şəxsi rekordudur.

Qeyd edək ki, "İnter Mayami" növbəti turda "Kanzas Siti"- "Kolombus Kryu" cütünün qalibi ilə üz üzə gələcək.