"Başakşəhər" çempionluğa bir az da yaxnlaşdı

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Başakşəhər" evdə "Dənizlispor"a 2:0 hesabı ilə qalib gəlib.

"Başakşəhər" 66 xalla turnir cədvəlinə başçılıq edir. Ehtiyatda bir oyunu olan "Trabzonspor" 61 xalla 2-cidir. 32 xala malik olan "Dənizlispor" 14-cü sırada qərarlaşıb.

"Başakşəhər" - "Dənizlispor" - 2:0