“Başakşəhər”də ayrılıq

Türkiyə Super Liqasında daha bir baş məşqçi ayrılığı baş verib.

Sportline.az xəbər verir ki, "Başakşehir" komandası baş məşqçi Çağdaş Atanla yollarını ayırıb. Klubun mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, tərəflər əməkdaşlığa qarşılıqlı razılıqla son qoyublar.

45 yaşlı çalışdırıcı 2023-cü ilin sentyabrında İstanbul təmsilçisinin sükanı arxasına gətirilmişdi. Komanda Super Liqada keçirdiyi ilk iki matçda heç-heçə nəticələri ilə kifayətlənib.