Bastoni "Enfild Roud"a gələ bilər
"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni "Liverpul"un maraq dairəsindədir.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 26 yaşlı stopper Mersisayd klubun keçməyə istəklidir.
İtaliya millisinin üzvünün transfer qiyməti 80 milyon avrodur.
Qeyd edək ki, A.Bastoni cari mövsüm meydana çıxdığı 24 matçda 1 qol, 5 məhsuldar ötürmə müəllifi olub.