"Bavariya" almaniyalı futbolçuya yeni müqavilə təklif edib

"Bavariya" almaniyalı futbolçusu Camal Musialaya yeni müqavilə təklif edib.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Münhen klubu C.Musialaya 5 illik yeni müqavilə təklif edib.

Musiala hələki bu təklifə cavab verməyib.

Qeyd edək ki, 21 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.