"Bavariya" - "Atletiko" matçı Cüneyt Çakıra həvalə olundu

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərinin hakimləri açıqlanıb. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Bavariya" - "Atletiko" (Madrid) matçı türkiyəli Cüneyt Çakıra həvalə olunub. Ona Cem Satman və Tarık Onqun, Sərkan Ok, Hüseyin Göçək ve Barış Şimşək kömək edəcək.

Qeyd edək ki, mayın 3-də keçiriləcək "Bavariya" - "Atletiko" (Madrid) oyununun start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.