“Bavariya” - “Çelsi”: Heyətlərdəki son durum
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Bavariya” “Allianz Arena”da “Çelsi” ilə qarşılaşacaq. Heyətlərə nəzər saldıqda Münhen klubunda əsas itki Alfonso Deyvis, Camal Musiala və Rafael Gerreyronun adı ilə bağlıdır.
“Çelsi”də isə Benua Badiaşili, Levi Kolvil və Liam Delap komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Bavariya” – “Çelsi” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Görüşün ədalət təmsilçisi ispaniyalı Jose Maria Sançes Martinez olacaq.