"Bavariya" daha bir kubok qazandı

Almaniya kubokunda mövsümə yekun vuruldu.

Sportline.az xəbər verir ki, "Bavariya" finalda "Bayer"ə (Leverkuzen) 4:2 hesabı ilə qalib gələrək 20-ci dəfə analoji titula sahib çıxdı.

Bununla, münhenlilər Bundesliqa çempionluğundan sonra Hans-Diter Flikin rəhbərliyi altında mövsümdə ikinci zəfərini qazandı.