"Bavariya" çempion!

Bu gün Almaniya Bundesliqasında 32-ci tura start verilib.

Sportline.az xəbər verir ki, turnir cədvəlinin lideri "Bavariya" Bremendə "Verder"in qonağı olub. Münhen təmsilçisi bu oyunda qalib gələrək sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

"Bavariya" ardıcıl 8-ci dəfə Bundesliqa çempionu olub. Münhenlilər ən yaxın izləyicisi Dortmund "Borussiya"sını 10 xal qabaqlayır.

"Bavariya" 30 dəfə ölkə çempionu adını qazanıb. "Nürnberq"in hesabında 9, Dortmund "Borussiya"sının 8 çempionluğu var.

"Verder" - "Bavariya" 0:1
Qol: Robert Levandovski, 43