"Bavariya" doğma meydanda "Borussiya"ya uduzdu
Almaniya Kubokunda növbəti yarımfinalçının da adına aydınlıq gəlib. SportLine.az xəbər verir ki, "Allians Arena"da "Bavariya"nı məğlub edən Dortmund "Borussiya"sı həlledici matça vəsiqə qazanıb.
"Bavariya" - "Borussiya" (Dortmund) - 2:3
QOLLAR: Marko Roys, 19 (0:1); Xavi Martinez, 28 (1:1); Mats Hummels, 41 (2:1); Obameyanq, 69 (2:2); Dembele, 74 (2:3)
Qeyd edək ki, finalda Dortmund təmsilçisinin rəqibi "Ayntraxt" (Frankfurt) olacaq.