"Bavariya" əzəli rəqibindən futbolçu alır
"Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceyms Gittens karyerasını "Bavariya"da davam etdirməyə yaxındır.
Sportline.az insayder Kristian Folkun məlumatına istinadən xəbər verir ki, "Bavariya" Saneni satıb, Gittensi almaq niyyətindədir.
Bu keçid üçün "Borussiya" qarşı tərəfdən 50 milyon avro tələb edib.
Qeyd edək ki, "Bavariya" bu məbləği ödəməyə hazırdır.
Gittens cari mövsüm çıxış etdiyi 25 matçda 11 qol və 5 asistlə yadda qalıb.