"Bavariya" ispaniyalı ulduzun izinə düşüb
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams "Bavariya"nın transfer hədəfinə çevrilib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu gələn ilin yayında 23 yaşlı futbolçu üçün "Bilbao"ya rəsmi təklif göndərəcək.
N.Uilyamsın transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, sözü gedən oyunçunun "Atletik"lə müqaviləsi 2035-ci ilin iyun ayına qədərdir.