"Bavariya" itki ilə üzləşdi
"Bavariya" Bundesliqanın 16-cı turu ərəfəsində itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, Münhen təmsilçisi Mönhenqladbax "Borussiya"sı ilə oyunda Camal Musialanın xidmətindən yararlana bilməyəcək.
Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, o, qrip virusuna yoluxub.
Futbolçu bu səbəbdən oyunqabağı məşqlərə qatıla bilməyib.
Qeyd edək ki, Camal Musiala cari mövsümdə keçirdiyi 22 oyunda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalında hücumçunun dəyəri 140 milyon avrodur.