"Bavariya" və "Marsel" ukraynalı futbolçu ilə maraqlanır

"Çelsi"də istənilən performansı göstərə bilməyən Mixaylo Mudrik bir sıra Avropa klublarının maraq dairəsinə düşüb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Bavariya" və "Marsel" klubu 23 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir. 

2023-cü ildə "Şaxtyor"dan "Çelsi"yə 70 milyon avro qarşılığında transfer olunun Mudrik "zadəganlar"la meydana çıxdığı 62 oyunda 7 qol vurub, 5 asist edib.

Qeyd edək ki, futbolçunun hazırki transfer dəyəri 35 milyon avrodur.