"Bavariya"da ciddi itki
"Bavariya"nın müdafiəçisi Alfonso Deyvisin durumuna aydınlıq gəlib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, tibbi müayinədən keçib.
Futbolçunun 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
Xatırladaq ki, Deyvis Çempionlar Liqasının "Feyenoord"la səfər matçında (0:3) sıradan çıxıb.