"Bavariya"dan "Liverpul"a

"Bavariya"nın futbolçusu Tiaqo Alkantara "Liverpul"a keçməyə yaxındır.

Sportline.az sport.es-ə istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi ilə İngiltərə klubu arasında danışıqlar inkişaf mərhələsindədir. Bildirilib ki, Münhen təmsilçisi bu transferdən ən azı 35 milyon avro qazanmaq istəyir. "Liverpul" isə qiyməti aşağı salmaq və ya məbləği hissə-hissə ödəməklə bağlı razılıq əldə etməyə çalışır.

Qeyd edək ki, T.Alkantaranın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.