"Bavariya"dan "Liverpul"a

"Liverpul" "Bavariya"nın futbolçusu Tiaqo Alkantaranı transfer edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. Onun tibbi baxışdan keçəcəyi və avqustun 1-də sözləşməyə imza atacağı bildirilib.

Qeyd edək ki, Tiaqo Alkantara "Barselona"nın yetirməsidir. Braziliya əsilli ispaniyalı oyunçu "Bavariya"ya 2013/2014 mövsümündə keçib. Ötən mövsüm Alkantara 24 oyuna 3 qol vurub.