“Bavariya”nın futbolçusu “Marsel”in radarına düşüb

“Bavariya”nın fransalı futbolçusu Matiyas Tel karyerasını ölkəsində davam etdirə bilər.

Sportline.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, “Marsel” Matiyas Tel üçün Münhen klubuna 30 milyon avro təklif edib.

“Bavariya”nın rəhbərliyi bu təklifə müsbət yanaşır.

Qeyd edək ki, Matiyas Tel 2022-ci ildə “Renn”dən “Bavariya” klubuna 20 milyon avro qarşılığında transfer olmuşdu.