"Atletiko" doğma meydanda sevindi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha bir qarşılaşma keçirilib. 

"Barselona" səddini aşmaqla diqqət çəkən "Atletiko" "Bavariya"nı qəbul edib. Münhen təmsilçisi cütün favoriti hesab edilsə də, cari mövsüm inamlı çıxışla yadda qalan madridlilər doğma meydanda qələbə qazanıblar.

27 aprel 2016
Çempionlar Liqası, 1/2 final (İlk oyun)


"Atletiko" (Madrid) - "Bavariya" - 1:0
QOL:
Saul, 11 (1:0)
Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin, Qari Besvik
Əlavə hakim köməkçiləri: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
“Visente Kalderon”