"Bavariya"nın Pirr qələbəsi
Pirr qələbəsi - yəni, məğlubiyyətə bərabər qələbə. Eramızın əvvəlindən tarixin yaddaşına hopan məşhur ifadə ötən gecəki qarşılaşmanın nəticəsinə çox yaraşırdı. İlk oyunda 0-1 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyən "Bavariya"nın "Atletiko" üzərində 2-1 hesablı qələbəsi fanatlara təsəllidən başqa bir işə yaramadı.
UEFA Çempionlar Liqası, yarımfinalın cavab oyunu
"Bavariya" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
Qollar: Xabi Alonso, 31 (1:0), Antuan Qrizmann, 54 (1:1), Robert Levandovski, 74 (2:1)
İlk oyun - 0:1