“Bavariya”nın yeni hədəfi
“Bormunt”un ispaniyalı futbolçusu Deyan Höysen karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, “Bavariya” Höyseni transfer etmək niyyətindədir.
İngiltərə klubu bu keçid üçün qarşı tərəfdən 20 milyon avro tələb edir.
Qeyd edək ki, Höysenin “Bormunt”la müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.