"Bayer 04"ün futbolçusu İngiltərə Liqasını bəyənmədiyini bildirib

"Bayer Leverkuzen"in hücumçusu Viktor Bonifeys İngiltərə Premyer Liqasını sevmədiyini bildirib.

Sportline.az xəbər verir ki, nigeriyalı futbolçu SportyTV-yə müsahibəsində “Mən Premyer Liqanı çox da sevmirəm. İspanya və Almaniya futboluna üstünlük verirəm. Yaşamaq və oynamaq istədiyim iki ölkəni seçməli olsam, Almaniya və İspaniyanı seçərdim" fikirlərini səsləndirib.

23 yaşlı hücumçu 2023-cü ildən "Bayer 04"də çıxış edir. O, bu mövsüm komanda ilə çıxdığı 6 oyunda 4 qol vurub, 1 asist edib.

Qeyd edək ki, Bonifeysin Almaniya klubu ilə 2028-ci ilə qədər müqaviləsi var.