"Bayer" - "Bavariya": Düşərgələrdəki vəziyyət

Bu gecə UEFA Çempionlar Liqasında 1/4 finalçılar müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, gecənin maraqla gözlənilən oyunlarından biri Almaniyada keçiriləcək.

İlk oyunda “Bayer”i 3:0 hesabı ilə məğlub edən “Bavariya” cavab matçına daha rahat çıxacaq.

Heyətlərə nəzər saldıqda “Bayer”də Florian Virts, Qranit Caka, Jeanuel Belosiyan, Yonas Hoffman, Martin Terriye zədə, Nordi Mukiele isə cəza səbəbindən baş məşqçi Xabi Alonsonun sərəncamında olmayacaq.

“Bavariya”da isə Aleksander Pavloviç və qapıçı Manuel Noyer zədədən əziyət çəkir.

Oyunu sloveniyalı referi Slavko Vinçiç idarə edəcək. Görüş Bakı vaxtı ilə saat gecə yarısı 12-də başlanacaq.