"Bayer" "Bavariya" ilə matça itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün daha 4 qarşılaşma baş tutacaq.

Sportline.az xəbər verir ki, “Bavariya” “Allianz Arena”da “Bayer”lə münasibətləri aydınlaşdıracaq.

“Bavariya”da əsas itki Pavloviçin adı ilə bağlıdır. “Bayer”də isə Martin Terrier, Robert Andrix və Belasin baş məşqçisi Xabi Alonsonun sərəncamında olmayacaq. Start fiti gecə yarısı saat 12-səslənəcək matçı ingiltərəli hakim Maykl Oliver idarə edəcək.