“Bayer” PSJ-yə qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.

Sportline.az xəbər verir ki, “Bayer” Almaniyada “Paris Sen-Jermen”lə üz-üzə gələcək.

Hər iki klubun heyətində itkilərin sayı kifayət qədərdir.

Leverkuzen təmsilçisində Jarrel Kuansa, Lukas Vazkes, Malik Tilman, Natan Tella, Patrik Şik, Aksel Tape-Kobrissa, Ezekiel Palasios zədədən əziyyət çəkir.

“Paris Sen-Jermen”də isə Markinyos, Fabian Ruiz, Joao Neveş və Usman Dembele baş məşqçi Luis Enrikenin sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti 23:00-da səslənəcək oyunu ispaniyalı hakim Xesus Xil Manzano idarə edəcək.