Bədii gimnastımız Avropa çempionatının finalında

Bakıda bədii gimnastika üzrə Avropa Çempionatı davam edir.

Sportline.az xəbər verir ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının üçüncü günü yekunlaşıb. İdmançılarımız gürzlərlə və lentlə hərəkətlərdə mübarizə aparıblar.

Zöhrə Ağamirova gürzlərlə yarışlarda 20,800 balla altıncı olub və finala adlayıb. O, lentlə mübarizədə isə 24-cü pillədə qərarlaşıb. Daha bir gimnastımız Veronika Qudis gürzlərlə hərəkətlərdə 20-ci, lentlə yarışlarda isə 30-cu yeri tutub. Xatırladaq ki, Zöhrə Ağamirova çempionatın ikinci günündə halqa ilə yarışlarda da finala vəsiqəni təmin etmişdi.

35 ölkədən gimnastların çıxış etdiyi Avropa çempionatına mayın 19-da yekun vurulacaq. Fərdi proqramda böyük gimnastlar, qrup hərəkətlərində isə gənclərdən ibarət komandalar iştirak edir.