PSJ-də ayrılıq yaşanacaq
"Paris Sen-Jermen"in futbolçusu İbrahim Mbaye karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" 18 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Bu haqda "The Times" nəşri məlumat yayıb.
Qeyd edək ki, İ.Mbaye PSJ ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.