"Arsenal"dan "Everton"a keçdi
"Arsenal"ın futbolçusu Kristian Norqaard karyerasını "Everton"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda Mersisayd təmsilçinin mətbuat xidməti məlumat yayıb.
Danimarkalı oyunçu "Everton"la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Norqaard "Arsenal"a ötən ilin yayında "Brentford"dan transfer olunmuşdu.