Gimarayeşin yeni klubu bəlli oldu

"Nyukasl"ın futbolçusu Bruno Gimarayeş karyerasını "Arsenal"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi London klubu ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, B.Gimarayeş ötən mövsüm meydana çıxdığı 41 matçda 9 qol, 7 asistlə yadda qalıb.