Mastantuono İtaliyaya köçür

"Real Madrid"in argentinalı futbolçusu Franko Mastantuono klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, sözügedən oyunçu icarə əsasında "Fiorentina"ya keçəcək.

Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Qeyd edək ki, F.Mastantuono dəyəri 45 milyon avrodur.