"Qalatasaray"ın hədəfində 19 yaşlı futbolçu var
"Qalatasaray" yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə "Verder Bremen"in 19 yaşlı mərkəz müdafiəçisi Kərim Kulibali ilə maraqlanır.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi hələlik Almaniya klubuna rəsmi təklif göndərməyib. Almaniyanın "Bild" nəşrinin məlumatına görə, "Verder Bremen" gənc futbolçu üçün 30 milyon avro və ya daha yüksək məbləğdə təklifləri dəyərləndirməyə hazırdır. Xəbərdə qeyd olunur ki, PSJ də yay transfer pəncərəsinin əvvəlində Kulibalini transfer etmək istəsə də, 40 milyon avroluq tələb səbəbindən danışıqları dayandırıb.
Daha sonra "Verder Bremen"in tələb etdiyi məbləği 30 milyon avroya endirdiyi bildirilir.