Ferran Torres PSJ yolunda

"Barselona"nın futbolçusu Ferran Torres karyerasını "Paris Sen-Jermen"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi 26 yaşlı oyunçu üçün ən azı 55 milyon avro tələb edir.

Qeyd edək ki, F.Torresin "Barselona" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.