Bednarek “Porto”da
"Sounthempton"un polşalı futbolçusu Yan Bednarek yeni mövsümdən etibarən "Porto"nun formasını geyinəcək.
Sportline.az xəbər verir ki, bu haqda Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
"Porto" 29 yaşlı stoper üçün 7.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Bednarek yeni klubu ilə 4 illik müqavilə imzalayıb.