Belçikanın ən yaxşı futbolçusu seçildi
|
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin de Bruyn xarici çempionatlarda çıxış edən ən yaxşı belçikalı futbolçu adına layiq görülüb. Sportline.az xəbər verir ki, 25 yaşlı yarımümdafiəçi Eden Azar ("Çelsi") və Yannik Karraskonu ("Atletiko") geridə qoyub. Qeyd edək ki, Kevin de Bruyne 2016-cı ildə meydana çıxdığı 41 oyunda 10 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib. |