"Belə səviyyəli komanda ilə məşq etmək mənə çox şey öyrətdi"
"İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm. Çalışacam ki, bu etimadı doğruldum".
SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Emil Balayev klubun saytına deyib.
Ağdam klubu ilə 1 illik müqavilə imzalayan gənc qapıçı bildirib:
"Qarabağ"a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komanda ilə məşq etmək mənə çox şey öyrətdi. Çalışacam, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim".