Bellingem Harri Keyni söyüb
İngiltərə millisinin üzvü Cud Bellingem komanda yoldaşı Harri Keyni ədəbsiz ifadələrə "qonaq edib".
Sportline.az xəbər verir ki, xoşagəlməz hadisə İngiltərənin Sloveniya millisi ilə (0-0) görüşündə yaşanıb.
Bu məlumatı dodaq hərəkətləri eksperti Ceremi Frimenə istinadla "Daily Mail" nəşri yayıb.
Frimenin sözlərinə görə, Bellingem Keynə iradlarını belə çatdırıb: "Ey, əslində #####, topu ötür. Top saxlamaq yeri deyil, #####, pas ver".
Qeyd edək ki, qrup mərhələsini 5 xalla başa vuran İngiltərə millisi pley-off mərhələsinə adlasa da, komandanın darıxdırıcı oyunu azarkeşlərin ciddi narazılığına səbəb olub.