Bellingem üçün 4 klubdan təklif var
"Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingem mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Borussiya Dortmund", "Çelsi", "Kristal Pelas" və "Tottenhem" Cob Bellingemi transfer etmək istəyir.
"Sanderlend"in rəhbərliyi 19 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, C.Bellingem bu mövsüm çıxış etdiyi 34 matçda 4 qol və 3 asistlə yadda qalıb.