Bellingem üçün iki klubdan təklif var

"Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingem mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" C.Bellingemi transfer etmək istəyir.

19 yaşlı futbolçunun "Sanderlend"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Bellingem cari mövsüm çıxış etdiyi 23 matçda 4 qol və 3 asistlə yadda qalıb.