Ben Çiluel Almaniya nəhənginə keçə bilər
"Çelsi"nin ingiltərəli futbolçusu Ben Çiluel karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, "Borussiya Dortmund" Ben Çilueli transfer etmək üçün hərəkətə keçib.
London klubu 28 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, Ben Çiluelin "Çelsi" ilə müqavilə müddəti 2027-ci ilin iyun ayında bitir.