“Benfika”dan “Mançester Yunayted”ə keçə bilər

“Benfika”nın ispaniyalı futbolçusu Alvaro Karreras mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az “The Sun Football”a istinadən xəbər verir ki, “Mançester Yunayted” A.Karreras üçün Portuqaliya klubuna 18.5 milyon avro təklif edib.

21 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 31 matçda 3 qol və 4 asistlə yadda qalıb.

Qeyd edək ki, Karreras “Real Madrid” yetirməsi sayılır.

Onun “Benfika” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.