Benzema son durumundan danışdı

Fransa millisinin və "Real"ın futbolçusu Kərim Benzema zədəsindən danışıb.

Sportline.az xəbər verir ki, hücumçu Madrid təmsilçisinin son 6 oyunundan 5-ni zədə səbəbindən buraxıb.

Benzema son durumu ilə bağlı "Marca"ya açıqlamasında deyib: "Bir az narahatlıq keçirdim, başqa heç nə yoxdur. Noyabrın 22-nə hələ vaxt var. Yaxşı formada olacağam. Həm fiziki, həm də mənəvi cəhətdən hazırlaşmalıyam.

Dünya çempionatında qalib olmaq mənim üçün ən yaxşı ad günü hədiyyələrindən biri olardı. Hər matç final olacaq. Çox yaxşı qrupumuz var və biz oyundan oyuna düşünəcəyik".

Xatırladaq ki, Benzema 2022-ci il dünya çempionatının finalından bir gün sonra, dekabrın 19-da 35 yaşını qeyd edəcək.

Banner