Beqoviç: "Qarabağ"la Avropa Liqasında yaxşı təcrübə topladım"

“Mənə “Qarabağ”da oynamaq fürsəti verildi və düşündüm ki, niyə də olmasın? Avropa Liqasında yaxşı təcrübə topladım”.

Sportline.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Asmir Beqoviç Britaniya mətbuatına açıqlamasında deyib.

Hazırda icarə əsasında “Milan”da çıxış edən  Bosniya və Herseqovina millisinin qapıçısı Ağdam klubundakı günlərindən danışıb: “Bakı böyük şəhərdir, ölkənin gözəl mədəniyyəti var. Orada özümə dostlar qazandım. Ən əsası, “Qarabağ”da yenidən futbola döndüm, bu idman növündən həzz aldım. “Qarabağ”da oynamağım mənim üçün yaxşı təcrübə oldu".

Qeyd edək ki, mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirən təcrübəli qolkiper 10 matçda meydana çıxıb, qapısından 5 top buraxıb. O, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsusdur.