Berdıyev nədən gileyləndi?
“Çətin oyun oldu. Rəqib qapıya iki zərbə vurdu, hər ikisi qol oldu”.
Sportline.az xəbər verir ki, bu sözlər Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Kurban Berdıyevə Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda Almatıda “Qarabağ”a qarşı keçirilən oyundan sonra mətbuat konfransına deyib.
O, komandasının məğlubiyyəti (1:2) haqda bildirib: “Oyunumuzun keyfiyyətindən razıyam, nəticədən yox. İki əks-hücum buraxdıq və qol oldu. İndi biz nə istəsək, deyə bilərik. Amma qol epizodlarının boşa verilməsi bizi ruhdan saldı".