Bernardo Silva "Barselona"ya keçmək istəyir

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı dəqiqləşən Bernardo Silva karyerasını "Barselona"da davam etdirmək istəyir.

Sportline.az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu Kataloniya təmsilçisi ilə təmas halındadır.

31 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 46 matçda 3 qol, 5 asistlə yadda qalıb.

Qeyd edək ki, Bernardo Silvanın dəyəri 27 milyon avrodur.